Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:29

Obama yenidən Konqresi güzəştə getməyə çağırır


ABŞ prezidenti Barak Obama yenidən Konqresi daxili borcla bağlı razılaşmağa çağırıb. Obama bildirib ki, ölkənin daxili borcunun artması iqtisadiyyat və sosial proqramlara ciddi zərbə vura bilər.

Televiziya ilə müraciətində Obama amerikalıları daxili borc limitinin artırılmasında kompromis əldə etmələri üçün qanunvericilərə təsir etməyə çağırıb. Amerika prezidenti böhrana görə kompromisdən imtina edən Respublikaçılar partiyasının qanunvericilərini günahlandırır.

Obama bildirib ki, söhbət proqramlara xərclərin azalmasından gedir, zəngin amerikalılara vergilərin artırılmasından yox. Respublikaçılar isə xərclər azaldılmadan və islahatlar olmadan daxili borcun yuxarı həddinin artırılmasını qəbul etmirlər.

Əgər avqustun 2-nə kimi problem həll olunmasa ABŞ tarixində ilk dəfə defolt vəziyyəti yaranacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG