Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:55

Kosovo serblər yaşayan bölgədə nəzarəti gücləndirib


Kosovo serb azlığının yaşadığı şimal bölgəsində sərhəd nəzarətini gücləndirib. Ötən həftədən Kosovo Serbiyadan mal idxalına qadağa qoyub, Bosniyadan idxala isə 10 faizlik gömrük haqqı tətbiq edilib.

Buna səbəb Serbiya ilə Bosniyanın Kosovodan mal gətirilməsinə qadağa qoymasıdır.

Kosovo 2008-ci ilin fevralında Serbiyadan ayrılaraq müstəqilliyini elan etdikdən sonra Belqradla Sarayeva Kosovodan mal gətirilməsi və kosovoluların bu ölkələrə gəlişini qadağan ediblər.
XS
SM
MD
LG