Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:19

On minlərlə adam Norveçdə qətliam qurbanlarını yad ediblər


On minlərlə norveçli ötən cümə paytaxtda və Utoya adasında törədilmiş bomba partlayışı və qətliamın qurbanlarını yad ediblər. Hər iki terrorda 76 nəfər ölüb.

İyulun 25-də paytaxt Osloda keçirilən anım mərasimində yüz mindən çox adam iştirak edib, əllərində ağ və qırmızı qızılgüllər tutublar. Digər şəhərlərdə də şam yandırılıb, terror qurbanları yad edilib.

Dünən hadisəsini törədən 32 yaşlı qatı sağçı xristian fundamentalist və antimüsəlman Anders Breivikin qapalı məhkəməsi keçirilib. İstintaq getdiyi növbəti 8 həftə ərzində həbsdə saxlanmasına qərar verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG