Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:50

TQDK şikayətləri araşdıracaq


İyulun 26-dan 28-ə qədər Apellyasiya Komissiyası ali təhsil müəssisələrinin magistraturalarına keçirilən qəbulla bağlı müraciətləri araşdıracaq.

Xəbəri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidməti yayıb.

Magistraturaya qəbul yalnız imtahanda toplanılan ballara əsasən aparılır. Bakalavr Apellyasiya Komissiyasına şəxsiyyət vəsiqəsi ilə şəxsən müraciət etməlidir.

Apellyasiya Komissiyasının işi başa çatdıqdan sonra imtahanlarla bağlı heç bir müraciətə baxılmayacaq.
XS
SM
MD
LG