Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:07
İyulun 26-da Azərbaycanda müəllimlərin işə qəbulu ilə bağlı ilk imtahan keçirilir.

Təhsil Nazirliyindən «APA»ya bildiriblər ki, ilk imtahan ibtidai sinif müəllimliyi ixtisası üzrədir. İmtahanlar iyulun 30-dək davam edəcək, nəticələr iyulun 31-də açıqlanacaq. İmtahanlar Təhsil Nazirliyinin tabeliyində olan Təhsilin İnformasiyalaşdırılması İdarəsində keçirilir.

Səhər saat 9-da başlayan imtahanlar axşam saat 6-dək davam edəcək. Hər bir müəllim kompyuter qarşısında 1 saat ərzində imtahan verəcək. Hər saatın tamamında isə imtahan verən qrup başqa qrupla əvəzlənəcək.

Hazırda ölkədə ibtidai sinif müəllimliyi ixtisası üzrə 110 vakant yer var. Vakant yerlərdən 23-ü Bakı, 87-si isə başqa şəhər və rayonlar üzrədir.

Ümumiyyətlə, müəllimlərin işə qəbulu üzrə elan edilən vakant yerlərə 9342 nəfər ərizə verib. Hazırda Azərbaycanda 2177 müəllimə ehtiyac var. Vakant yerlərin 374-ü Bakı şəhəri üzrədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG