Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:05

UEFA Rumıniya Futbol Federasiyasını cərimələyib


UEFA Rumıniya Futbol Federasiyasını 15 min avro məbləğində cərimələyib.

Buna səbəb kimi iyunun 3-də Buxarestdə Rumıniya - Bosniya-Hersoqovina oyununda rumın futbol fanatlarının qarşı tərəfin azarkeşlərinə sataşmaq üçün “Miladiçi azad edin” şüarları qaldırmasıdır.

Müharibə cinayətlərində ittiham edilən Mladiç Haaqa tribunalında mühakimə edilir, onu Bosniyada soyqırımı törətməkdə ittiham edirlər.

UEFA-nın qaydalarına görə, onun təşkil etdiyi oyunlarda siyasi motivli aksiyalar, hərəkətlər qadağandır.

UEFA Bosniya Futbol Federasiyasını da cərimələyib. Buna səbəb kimi onların stadiondakı oturacaqları sındırması göstərilib.

2012-ci il Avropa Çempionatının qrup mərhələsində keçirilən həmin oyunu Rumıniya 3-0 qazanmışdı.
XS
SM
MD
LG