Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:46
İyulun 30-da Bakı vaxtı ilə saat 23:40-da Ay doğacaq.

Ancaq iyulun 31-də gözlə ayı görmək mümkün olmayacaq. Ona görə də Qafqaz Müsəlmanları İdarəsi bu qərara gəlib ki, Ramazan ayı avqustun 1-i olsun.

Bu haqda Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev Trend-ə məlumat verib.

Rəsədxana direktoru Ramazan ayının avqustun 29-da yekunlaşacağını söyləyib.

Qeyd edək ki, hicri təqvimi ilə 1432-ci il Ramazan ayının 1-i miladi təqvimlə 2011-ci il avqustun 1-nə təsadüf edir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, bu il avqustun 30 və 31-i Ramazan bayramı ilə əlaqədar qeyri-iş günüdür.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG