Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:36

Erməni jurnalisti öldürənə 22 il 10 aylıq həbs cəzası kəsildi


Türkiyə məhkəməsi erməni jurnalist Hrant Dinki öldürən Ogün Samast-a 22 il 10 aylıq həbs cəzası kəsib. (Röyters)

Jurnalist 4 iil əvvəl öldürülüb. İki dildə - türk və erməni dillərində nəşr edilən “Aqos” qəzetinin redaktoru olmuş Dink öz yazısında 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin qətlə yetirilməsini “soyqırım” kimi səciyyələndirdiyi üçün radikal millətçiləri qəzəbləndirmişdi.

Samast onu İstanbuldakı ofisini tərk edərkən güllələmişdi.
XS
SM
MD
LG