Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:14

Ermənistan və ABŞ birgə hərbi təlim keçirəcək


Ermənistanın Müdafiə Nazirliyi bildirib ki, ilk dəfə olaraq Ermənistan və ABŞ birgə hərbi təlim keçirmək barədə ilkin razılığa gəliblər və təlim iki ölkə arasında təhlükəsizlik sahəsində əlaqələrin inkişaf etdiyini göstərəcək.

Nazirliyin sözçüsü Davit Karapetyan Azadlıq Radiosunun Ermənistan xidmətinə bildirib ki, təlimlər güman ki, ya gələn il, ya da 2013-cü ildə keçiriləcək və iki ölkənin hərbi qüvvələrinin qatıldığı təlim mahiyyətcə - “çoxmillətli sülhməramlı əməliyyatlar” olacaq.

Sözçü deyib ki, iki tərəf bu barədə bu həftə Vaşinqtonda keçirdikləri hərbi məsləhətləşmələrdə razılığa gəliblər.
XS
SM
MD
LG