Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:36

ABŞ və Ermənistan birgə hərbi təlim keçirmək barədə razılığa gəlib


ABŞ və Ermənistan ilk dəfə olaraq birgə hərbi təlim keçirmək barədə ilkin razılığa gəlib.

Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Davit Karapetian bildirib ki, hərbi təlimlər ya gələn il, ya da 2013-də keçiriləcək. Təlimlər ABŞ və Ermənistanın çoxmillətli sülhməramlı əməliyyatlarda iştirak edən hərbçilərini əhatə edəcək.

Karapetianın sözlərinə görə, bu barədə razılıq bu həftə Vaşinqtonda ABŞ-la Ermənistan arasında keçirilmiş müdafiə məsləhətləşmələrində əldə olunub.

ABŞ Müdafiə Nazirliyinin köməkçisi Alexander Vershbow və onun müavini Celeste Wallander Ermənistan müdafiə nazirinin birinci müavini Davit Tonoyanın başçılıq etdiyi Ermənistan nümayəndə heyəti ilə ikigünlük danışıqlar aparıb.

ABŞ və Ermənistan indiyə qədər yalnız NATO-nun təşkil etdiyi çoxmillətli hərbi təlimlərdə bir araya gəlmişdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG