Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:28

Ali Media Mükafatına layiq görülənlərə ümumilikdə 21 min manat pul verilib


Mətbuat Şurası Ali Media Mükafatına layiq görülənlərə verilən mükafatın konkret məbləğini açıqlayıb.

İyulun 25-də qurumun internet saytında yerləşdirilən məlumata görə, ümumilikdə 21 min manat olan pul mükafatı üç dərəcə üzrə 10 nəfər arasında bölünüb.

I dərəcəli nominasiyanı Bakı Dövlət Universitetinin təmsilçiləri qazanıb.

Universitetin professoru Şamil Vəliyev və müəllimi Nəsiman Yaqublu «mətbuat tarixinin öyrənilməsindəki səmərəli elmi fəaliyyətə görə» hərəyə 5000 manat mükafat alıblar.

II dərəcəli nominasiya üzrə müəyyən edilmiş («Azərbaycan mətbuatının inkişafındakı xidmətlərinə görə») 2000 manat mükafata isə Aslan Aslanov («AzərTAc»ın baş direktoru), Rauf Arifoğlu («Yeni Müsavat» qəzetinin baş redaktoru) və Əhməd İsayev («Azərbaycan» qəzetinin əməkdaşı) layiq görülüblər.

«Azərbaycan mətbuatındakı səmərəli fəaliyyətinə görə» «Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu, «Azərbaycan» qəzetinin şöbə müdiri Flora Xəlilzadə, «Ədalət» qəzetinin baş redaktor müavini Məzahir Əhmədoğlu və «Xalq cəbhəsi» qəzetinin redaktoru Arzu Şirinova III dərəcəli nominasiya üzrə hərəyə 1000 manatla mükafatlandırılıblar.

«Trend» İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov isə «Azərbaycan həqiqətlərinin xarici ölkələrdə təbliğinə görə» III dərəcəli nominasiyaya layiq görülüb.

Mükafatlar Milli Mətbuatının yaranmasının 136-cı il dönümündə (22 iyulda) qaliblərə təqdim olunub.
XS
SM
MD
LG