Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:08

Prokurorlar Breivikin məhkəməsinin qapalı olmasını istəyir


Norveçdə prokurorlar Osloda və Utoya adasında iki terror aktı törətmiş Anders Breivikin məhkəməsinin qapalı keçirilməsini istəyir. Breivik bu gün məhkəmə qarşısına çıxarılacaq.

Vəkili bildirib ki, o hər iki terroru özü törətdiyini bildirib. Anders Breivikin Osloda törətdiyi partlayış və Utoya adasındakı gənclər düşərgəsinə etdiyi silahlı hücum nəticəsində 93 adam ölüb, 100-dən çox adam yaralanıb. Bir neçə adam isə itkin düşüb. Brevik deyib ki, öz hərəkətinin motivləri haqqında məhkəmədə açıq danışacaq.

Norveçdə matəm mərasimlər davam edir. Ölkə ərazisində terror qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG