Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:08

Azərbaycan və Rusiyanın müdafiə nazirləri Qəbələ RLS-i müzakirə edib


İyulun 25-də Bakıda Rusiyasının Müdafiə naziri Anatoli Serdyukov Azərbaycanın Müdafiə naziri Səfər Əbiyevlə görüşüb.

Görüşdə iki ölkə arasında hərbi-texniki əməkdaşlığının perspektivləri, regiondakı hərbi-siyasi durum, Dağlıq Qarabağ münaqişəsi və Qəbələ RLS-ə dair fikir mübadiləsi aparılıb.

Bu haqda AzadlıqRadiosuna Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Görüşdə Səfər Əbiyev hərbi sahədə əlaqələrin sürətlə inkişafından danışıb, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Rusiyanın sülh istiqamətində səylərinin ümidverici olduğunu bildirib. Bununla belə, Azərbaycanın Müdafiə naziri paralel olaraq ölkəsinin öz ordusunu gücləndirməkdə davam etdiyini də vurğulayıb. Sonra nazirlər söhbəti təklikdə davam etdiriblər.
XS
SM
MD
LG