Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:50

Azərbaycanla Polşa arasında bir sıra sənədlər imzalanıb


İyulun 25-də Azərbaycan prezidenti İlham Əliyev və Polşa prezidenti Bronislav Komorovski arasında təkbətək görüşdən sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub.

«AzərTAc» xəbər verir ki, görüşdə hər iki tərəf ölkələr arasında siyasi və iqtisadi əlaqələrin səviyyəsindən, qarşıdakı perspektivlərdən danışılıb. Enerji sektorunda əməkdaşlıq məsələlərinə toxunulub.

Sonra «Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi və Polşanın Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyi arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu», «Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və Polşanın Mədəniyyət və Milli İrs Nazirliyi arasında 2011-2013-cü illər üçün Əməkdaşlıq Proqramı», eləcə də «Hökumətlər arasında diplomatik pasportlara malik şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında» saziş imzalanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG