Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:28

Bakıda Vladimir Vısotskinin xatirəsi anılıb


İyulun 24-də Beynəlxalq Muğam Mərkəzində məşhur rusiyalı şair və bəstəkar Vladimir Vısotskinin xatirəsinə həsr olunmuş xatirə gecəsi keçirilib.

Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən və «Vısotskisiz 31 il» adlanan tədbirdə Eldar Əsədov, Samir Rəcəbov, eləcə də rusiyalı Andrey Ofiserov, Viktor Leonidov, Olya Melnikova, Polina Qolnik Vladimir Vısotskinin mahnılarını ifa ediblər.

Bu konsert Bakıda keçirilən VII Müəllif Mahnıları Festivalı çərçivəsində təşkil olunub.
XS
SM
MD
LG