Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:12
Polşa prezidenti Bronislav Komorovski (Bronislaw Komorowski) iyulun 25-də Azərbaycana rəsmi səfərə gəlib.

Bu, B. Komarovskinin Azərbaycana ilk səfəridir.

Polşa prezidentinin saytında bildirilir ki, Bakı təmasları zamanı enerji mövzuları, xüsusən Odessa-Brodı xətti layihəsi və Azərbaycan neftinin Polşaya nəqli imkanları ətraflı müzakirə ediləcək. Komarovski həmçinin, 20-ci əsrin əvvəllərində Bakının inkişafına töhfə vermiş polyak əsilli Pavel Pototskinin məzarına baş çəkəcək. Komarovskinin Azərbaycan-Polşa biznes-forumunda iştirakı da planlaşdırılıb. Sonda Polşanın dövlət başçısı İçərişəhərlə tanış olacaq.

B. Komarovskinin səfəri iyulun 26-da başa çatacaq.

O, Azərbaycanda Gürcüstana yola düşəcək. /apa/

Günün bütün mövzuları

XS
SM
MD
LG