Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:42

Tripolidə iki gecədir güclü partlayış səsləri eşidilir


Liviyanın paytaxtı Tripolidə iki gecədir güclü partlayış səsləri eşidilir.
NATO komandanlığının məlumatına görə, Britaniyanın hərbi təyyarələri Bab al-Azaziya kompleksinə zərbələr endirib. Burda hökumət qoşunları mərkəzləri yerləşir.

Ötən cümə günü Liviya hökumətinin rəsmisi Mussa İbrahim bildirib ki, Muammar Qaddafi və ətrafı ABŞ və Liviya üsyançıları ilə danışıqlara hazırdır. O bildirib ki, bütün danışıqlar Qaddafinin hakimiyyətdə qalması şərti ilə həyata keçirilə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG