Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 03:24

Suriyada kütləvi həbslər davam edir


Suriya hökuməti Homs şəhərinin ətraflarına ordu qüvvələri yeridib.

Dəməşqdə isə kürdlərin gur yaşadığı məhəllələrdə yüzlərlə adam həbs olunub.

Bu barədə yerli hüquq müdafiəçiləri xəbər verirlər.

Son həftələr Homs şəhərində prezident Bashar Assadın əlehdarlarıyla tərəfdarları arasında baş vermiş toqquşmalarda 50-dən çox adam ölüb.

Martın ortalarından bu yana Suriyada mövcud rejimə qarşı kütləvi etiraz aksiyaları keçirilir.
XS
SM
MD
LG