Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 22:32

Türkiyənin Mardan əyalətində 3 əsgər həlak olub


Şənbə günü kürd yaraqlılarının hücumu nəticəsində 3 Türkiyə əsgəri həlak olub.

Bu barədə Türkiyənin hakim dairələri xəbər verir.

İnsident ölkənin cənub-şərqindəki Mardan əyalətində baş verib.

Son həftələr bu əyalətdə vaxtaşırı Türkiyə ordusuyla kürd yaraqlıları arasında toqquşmalar olur.

Türkiyə hökuməti hücum edənlərin qadağan olunmuş Kürdüstan İşçi Partiyası ilə əlbir olduqlarını deyir.

Kürdüstan İşçi Partiyası terrorçu təşkilat hesab olunur.

Onun 27 il ərzində Türkiyə hakimiyyətilə apardığı silahı mübarizədə 40 mindən çox adam ölüb.
XS
SM
MD
LG