Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:57
Gürcüstanda işə düzəltmə, həmçinin mövsümi işlər ən kəskin problemlərdən biri olaraq qalmaqdadır. Müvəqqəti işlərdən ən çox şikayəti isə kurort bölgələrində iş və istirahəti birləşdirməyə çalışan tələbələr edir.

İvane Cavaxişvili adına Tbilisi dövlət universitetinin tələbəsi Laşa Kavtaradze paytaxtda iş tapmağa çalışıb:

«Öz təcrübəmə əsasən deyə bilərəm ki, ofisiant düzəlmək çox çətindir. Dostlarımla birgə bar və kafelərə baş çəksək də heç birində iş tapa bilmədik. Bir qayda olaraq təcrübəli işçi axtarırlar. Çox zaman isə vakant iş yeri yoxdur».

Laşanın dediyinə görə, tələbə öz ixtisası üzrə iş axtaranda vəziyyət bir az da qəlizləşir. Bu halda onun fikrincə, daha böyük resurs, bilik və tanış lazımdır.

Son zamanlar təhsil və professional bacarıqların səviyyəsi artdıqca işə düzəlmədə himayəçilik də kəskin azalıb.

«Tanışlıq əlaqələri təxminən 10 il əvvəl aktual idi»- jobs.ge saytının təsisçi və direktoru Lekso Xubulava belə deyir. Sahibkar üçün namizədi tapmağın ən populyar yollarından biri xüsusi veb-səhifələrdir.

Gürcüstan bazarında 4-5 belə fəal internet səhifə mövcuddur.

YAY MÖVSÜMÜ İŞ TAPMAQ PROBLEMİ

Yay mövsümünün özəllikləri və tələbələrin bu mövsümdə fəallığı necə gedir? Bu suala Lekso Xubulava cavab verir:

«Yay mövsümündə daha az vakant yer olur. Bu il tələbələrə hansısa xüsusi təklifin olduğunu deməzdim. Namizədlərin özlərinin fəallığına gəlincə, təəssüflər olsun ki, ilin bu və ya digər dövründə hansı seqmentin fəallaşdığı barədə bizdə məlumat yoxdur».

İş axtaranlar və işə götürənlər ilbəil internet səhifələrdən daha çox istifadə edir. O cümlədən dövlət strukturları da. Gənclərin işlə təmini sahəsində dövlət siyasətinin olmadığı bir şəraitdə Tbilisi merinin ötən il işə düzəltmə üzrə yay layihəsi tələbələr arasında böyük marağa səbəb olub. Layihəyə minlərlə tələbə cəlb olunub.

Gürcüstan. Batumi

DÖVLƏT LAYİHƏSİNDƏ İŞLƏYƏN GƏNCLƏR

Yaşıllaşdırma, tikinti, bələdiyyə nəqliyyatı, uşaq evləri... Tələbələr 3 həftə ərzində xüsusi mayka və kepkalarda orta hesabla 150 lariyə işləyiblər. Layihə meriya üçün ağır yük olub. Ona görə də tələbələr arasında belə fikir var ki, layihə səmərəsiz olduğundan meriya onun reallaşmasından imtina edib. Hərçənd Tbilisi meriyasında gənclərlə iş şöbəsinin rəhbəri Tornike Xuçişvili bu fikirləri təkzib edir:

«Yox, sizinlə razılaşa bilmərəm. Son illər həyata keçirilən tədbirlər özünü tamamilə doğruldub. Çünki bu iş yerləri daimi deyildi. Bu, gənclər arasında əməyin təbliğ olunmasıydı. Sizə statistik məlumatları deyə bilərəm. İlk dəfə layihə haqda məlumat yayılanda çox az adam onda iştirak etməyə həvəs göstərmişdi, ancaq növbəti il bu göstərici 20 dəfə artmışdı».

Özəl universitetlərin, o cümlədən «Müstəqil universitet»in tələbə və məzunlarınsa əmək bazarına çıxmasında çətinlik yoxdur. Universitetin insan resurslarının idarəsi üzrə menecer Aleksandr Şeliya:

Gürcüstan
«İlin istənilən vaxtı işçi axtaran müxtəlif şirkətlərlə əməkdaşlıq edirik. Və ən uyğun tələbələrimizi onlara təklif edirik. Bu mövsümi deyil, il ərzində istənilən vaxt belədir».

TƏLƏBƏLƏRİN MÜVƏQQƏTİ İŞ YERLƏRİ

Qayıdaq yenidən tələbələr üçün müvəqqəti iş yerlərinə. Gürcüstanda tələbələr müvəqqəti işi kurort yerlərində axtarmağa, işi istirahətlə birləşdirməyə çalışırlar. Əsasən dəniz kənarındakı kafe və restoranlara üz tuturlar. «Müstəqil jurnalistlər assosiasiyası evinin» rəhbəri də deyir ki, tələbələrin işinin olması və öz əməyindən qazanc götürməsi çox yaxşı haldır:

«Hazırda iki tələbə işlə təmin olunub. Biri ofisiant, digəri barmen işləyir. Onlar yayda işləyib, təhsil haqlarını ödəmək üçün pul yığmaq istədilər. Onların təcrübəsi var, mütəmadi olaraq yayda işləyirlər».

«Müstəqil jurnalistlər assosiasiyası evi»nin sədri onu da bildirdi ki, mövsümi olaraq press-kafeyə düzələn tələbələr idarədən daimi iş təklifi də alıblar. İdarə onlar üçün xüsusi qrafik tərtib edəcək ki, tələbələr həm dərslərinə həm də işlərinə vaxt ayıra bilsinlər.
XS
SM
MD
LG