Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:40
27 yaşlı inglis müğənni Amy Winehouse Londonun şimalındakı evində ölü tapılıb.

London polisinin məlumatına görə, ifaçının nədən öldüyü hələ bəlli deyil. İngilis mətbuatında Amy Winehousein şəxsi həyatında problemlər olduğunu və son zamanlar ifaçının narkotik maddələrdən tez-tez istifadə etdiyi barədə məlumatlar var.

1983-cü il, 14 sentyabrda anadan olan Amy Winehouse son zamanların soul və caz musiqisinin ən sevilən ifaçılarından hesab edilirdi.

2003-cü ildə «Frank» adlı ilk albomunu satışa çıxarıb.

2006-сı ildə ifaçının «Back to Black» adlı ikinci albomunda yer alan «Rehab» adlı musiqi parçası «Time» jurnalı tərəfindən 2007-ci ilin «ən yaxşı 10 mahnısı» sırasına daxil olub.

Winehouse ən yaxşı ifaçı, ən yaxşı albom, ən yaxşı mahnı nominasiyası daxil olmaqla 5 Grammy mükafatı qazanıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG