Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:15

Qapıçı Kamran Ağayev transferə çıxarılır


Kamran Ağayev
Kamran Ağayev
Xəzər-Lənkəranın qapıçısı Kamran Ağayev transferə çəxarılır.

Bunu “Futbol+”a açıqlamasında “Makkabi” ilə oyundan sonra klub daxilində baş verənlərə münasibət bildirərkən Kamran Ağayevin özü deyib:

“Məni ən çox təəccübələndirən, bilirsiz nədi? Mənə dedilər ki, artıq transferə çıxarılmısan.
Əvvəlcə buna inanmadım. Amma sonra bəlli oldu ki, bu həqiqətdən də belədir.
Digər tərəfdən də müqaviləmin müddəti artıq bitib.
Amma hesab edirəm ki, müqaviləni yeniləyəcəklər.
Bu futboldur, hər bir oyunçu istənilən vaxt transferə çıxarıla bilər.
Ona görə də bunu normal qarşılayıram”.

Avroliqanın ikinci təsnifat mərhələsində mübarizəni dayandırdıqdan sonra “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik, legionerlər və bəzi yerli futbolçular rəhbərliyin qərarı ilə komandadan kənarlaşdırılıblar.
XS
SM
MD
LG