Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:40
Rusiya İqtisadi İnkişaf Nazirliyi «İctimai Rəy» Fondu ilə birlikdə məişət korrupsiyası sahəsində araşdırma aparıb. Məlum olub ki, Rusiyada dövlət qulluqçusuna «hörmət» etməyi özünə rəva bilməyənlər cəmi 9% təşkil edir. 10 il bundan qabaq heç vaxt rüşvət verməyənlər əhalinin 24%-i təşkil edirdi.

Rusların yalnız 1%-i rüşvət vermir, o da cəzalanmaqdan qorxduqları üçün.

Eyni zamanda, prinsipial antikorrupsionerlərin də sayı artır.

«İndem» Fondunun prezidenti Qeorqi Satarov deyir ki, «mentalitet dəyişib, antikorrupsiya təfəkkürlü insanların sayı çoxalır. Digər tərəfdən, rüşvətin məbləği də artdığına görə heç də hamının onu ödəməyə gücü çatmır».

2005-ci illə müqayisədə rüşvətin orta məbləği 2 dəfə artaraq 2780 rubldan 5285 rubla (191 dollar) çatıb. Korrupsiyanın ümumi həcmi də artıb: 2005-ci ildə onun həcmi 129 milyard rubl qiymətləndirildiyi halda, ötən il 164 milyard (5.9 milyard dollar) rubl olub.

Ən korrupsiyalaşmış sahələrdən biri ali təhsil sayılır. Ali məktəbə daxil olmaq Rusiya vətəndaşlarına ötən il 21 milyard rubla (758 milyon dollar) «oturub». Sürücülük vəsiqəsi almaq və avtomobilini texniki baxışdan keçirmək üçün vətəndaşlar Dövlət Yol Polisinə 24 milyard rubl (866.5 milyon dollar) rüşvət veriblər.

Son illər rüşvət almaq bir qədər təhlükəli işə çevrildiyindən, hüquq-mühafizə orqanlarının əməkdaşları indi az hallarda, lakin böyük məbləğdə rüşvət almağa üstünlük verirlər. 2005-ci ildə onlara verilən «töycü»nün orta məbləği 930 rubl idisə, 2010-cu ildə bu rəqəm 12.6 min rubl (455 dollar) olub.

Əhali korrupsiya ilə mübarizə tədbirlərinə şübhə ilə yanaşmaqda davam edir. Vətəndaşların yalnız 12%-i hakimiyyətin bu sahədəki fəaliyyətini effektiv sayır, 42% isə düşünür ki, görülən tədbirlərin heç bir əhəmiyyəti yoxdur.

Milli Antikorrupsiya Komitəsinin sədri Kiril Kabanov isə hesab edir ki, Rusiyada korrupsiyanın miqyasını həkimlərə və kiçik bürokratlara verilən rüşvətlə ölçmək yanlışdır. Çünki məişət korrupsiyasının ümumi korrupsiya bazarındakı payı 10%-dən də azdır.
XS
SM
MD
LG