Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:23

Pakistanın şimalında azı 13 talibançı öldürülüb


Cümə və Şənbə günləri Pakistanın şimalında, Əfqanıstan sərhəddinin yaxınlığında yerli özünümüdafiə birləşmələriylə silahlı toqquşmada azı 13 talibançı öldürülüb.

Yerli hakimiyyətin məlumatına görə, toqquşma Kurram regionunda baş verib.

Həmçinin döyüşlərdə yerli birləşmələrin bir neçə döyüşçüsü yaralanıb.

Talibançılar bu yaxınlarda regiondakı kəndələrdən birində döyüş komandirlərinin öldürülməsinə görə qisas almaq istəyirmişlər.
XS
SM
MD
LG