Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:28

Osloda güclü partlayış olub, baş nazir sağdır


Oslonun mərkəzində güclü partlayış olub. Partlayışda baş nazirin də ofisinin yerləşdiyi hökumət binalarına ziyan dəyib.
Bir neçə adam yaralanıb.

Partlayışın səbəbi bilinmir.
Reuters yazır ki, versiyalardan biri maşına qoyulmuş bombanın partlamasıdır.
Reutersin müxbiri azı 8 yaralını sayıb.

Baş nazir Stoltenbergin ofisinin yerləşdiyi 17 mərtəbəli binanın şüşələrinin çoxu sınıb.
Yaxınlıqda neft nazirliyinin yerləşdiyi binada yanğındır.

Norveçin NTB agentliyi xəbər verir ki, baç nazir sağdır.
XS
SM
MD
LG