Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:16

Son 6 ayda jurnalistlər 50 dəfə basqıya məruz qalıb


Media Hüququ İnstitutu yarım illik hesabatında bildirir ki, bu ilin ilk 6 ayı ərzində jurnalistlər 50 dəfədən artıq basqıya məruz qalıb.

Təzyiqə məruz qalmış jurnalistlər arasında AzadlıqRadiosunun əməkdaşları - Esmira Cavadova, fotomüxbir Abbas Atilayın da adı çəkilir.

Amma basqıya məruz qalan təkcə yerli jurnalistlər olmayıb. 6 əcnəbi jurnalist təzyiqlə üzləşib.

Hesabatda məhkəmə işləri də öz əksini tapıb. 2011-ci ilin birinci yarısında ifadə azadlığı ilə əlaqəli 27 məhkəmə davası davam edib. Həmin məhkəmə işlərinin 11-i son yarım ildə açılıb.

Yazılarına görə məhkəməyə çəkilən jurnalistlərdən 630 min AZN-dən artıq təzminat istənilib. Jurnalistlərin üzərinə 25 min AZN-dən çox təzminat yükü qoyulub, 6 jurnalistə cinayət cəzası verilməsi tələb olunub.

Bu ilin ilk 6 ayı ərzində dövlət qurumlarına göndərilən 147 informasiya sorğusunun 56-na cavab verilib. Onlardan 7-si məhkəməyə şikayət etdikdən sonra verilib. Cavabların heç biri «İnformasiya əldə etmək haqqında» Qanunda nəzərdə tutulan 7 iş günü ərzində verilməyib.

2011-ci ilin birinci yarısında internetə müdaxilə halları da qeydə alınıb. «Facebook» sosial şəbəkəsində «11 mart - Böyük Xalq Günü» və «2 Aprel - Böyük Qəzəb Günü» səhifələrinin yaradıcısı olan jurnalist Elnur Məcidli cinayət təqibinə məruz qalıb.

Sosial şəbəkələrdə fəal olan Bəxtiyar HacıyevCabbar Savalan həbs olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG