Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:35
Ölüm düşərgəsində çalışmış alman qadının müharibədən sonrakı taleyi, onun 15 yaşlı oğlanla çılğın məhəbbəti və həbsi....

Bu romanı ilk oxumağa başlayanda insana adi bir erotik hekayət kimi gəlir, təxminən 70-80 səhifədə bu məhəbbət açıq səhnələrdə təsvir edilir...

Amma əsəri bitirəndə yazıçının çox ciddi və aktual bir mövzunu oxucuya ən müxtəlif fəndlərlə, özü də yüksək ustalıqla çatdırdığına valeh olursan.

İlk çapından 15 ildən çox keçsə də, tanınmış alman yazıçısı Bernhard Şlinkin “Qiraətçi” romanı bütün dünyada maraqla oxunmaqda davam edir.

Bu günlərdə "Qanun" nəşriyyatı romanı azərbaycanca nəşr edib. .

Bilməmək, anlamamaq dərdi...

20-ci əsrin ən böyük bəlası olan faşizm həm də bundan qaynaqlanırdı.

Milyonlarla insanı irqçilik ideologiyasına inandırmaq həm də kütlənin savadsızlığı "sayəsində" mümkün ola bilərdi.

Romanın bütün süjeti ölüm düşərgəsinin keçmiş əməkdaşının bir sirri üzərində qurulub.

O nə sirdir ki, qadının bütün həyatını məhv edir?..

“Qiraətçi” dünyanın qırxdan çox dilinə çevrilərək beynəlxalq bestseller olub, Avropa və Amerikanın ən sayılıb-seçilən mükafatlarını qazanıb.

Romanı Azərbaycan dilinə Fərican Kuliyeva və Cəlil Cavanşir çeviriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG