Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:18

«Xəzər Lənkəran»ın baş məşqçisi Mirça Rednik istefaya göndərilib


Ötən yay bu posta gətirilən 49 yaşlı rumıniyalı mütəxəssis Avroliqanın II təsnifat mərhələsində Tel-Əviv «Makkabi»si ilə cavab oyunundan sonra istefaya göndərilib. Buna səbəb Lənkəran təmsilçisinin avrokuboklarda mübarizəni dayandırması olub.

«Xəzər Lənkəran» heyətlə bağlı da radikal qərarlar çıxararaq, legioner və bir sıra yerli futbolçularla yollarını ayırıb.

M.Rednik İstanbula, ordan da evinə yollanıb. Cənub klubu onun rəhbərliyi altında Azərbaycan çempionatının gümüş medalı və ölkə kubokunu qazanıb.

«Xəzər Lənkəran» «Makkabi» ilə səfərdəki oyunda 1:3 hesabı ilə uduzub, Lənkərandakı oyunda isə qolsuz bərabərlik qeydə alınıb. /apa/

Günün bütün mövzuları

XS
SM
MD
LG