Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:14

Bir neçə rayonun polis rəisi dəyişdirilib


Azərbaycanda daha bir neçə rayonun polis rəisi dəyişdirilib.

Daxili İşlər naziri Ramil Usubovun müvafiq əmri ilə Saatlı rayon Polis Şöbəsinin rəisi Ağəli Xəlilov işdən çıxarılıb. Onun yerinə Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin rəisi Cəbrayıl Vəliyev təyin edilib.

R. Usubovun daha bir əmri ilə Nəsimi rayon Polis İdarəsinin rəis müavini Vaqif Müslümov İmişli rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

İmişlinin polis rəisi Hüseynəli Məlikov isə bir müddət əvvəl Lerik rayon Polis Şöbəsinə rəis təyin edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG