Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:11

Bekhemin bir sözü romanın satışını iki dəfə artırdı


David Beckham və həyat yoldaşı Victoria
David Beckham və həyat yoldaşı Victoria
Futbol ulduzu Devid Bekhemin bir sözü 1960-cı ildə çap edilmiş romanın satışını iki dəfə artırıb.

Səbəb də odur ki, futbolçu sadəcə öz Facebook səhifəsindəki qeydlərində yenicə doğulan qızına niyə Harper adı qoyduğunu izah edib.

Futbolçunun yazdığına görə, əvvəla bu, qədim ingilis adıdır və bu ad onun da, həyat yoldaşı Viktoriyanın da xoşuna gəlir. İkinci səbəb isə odur ki, Viktoriyanın sevimli kitablarından biri “Lağ edəni öldürmək”dir. Həmin kitabın müəllifi isə amerikalı qadın yazar Harper Lidir.

“The Daily Mail” qəzeti yazır ki, Bekhemin sözlərindən sonra onun fanatlarında romana maraq yaranıb və romanın İnternetdə ən böyük ticarət saytlarından olan amazon.com-dakı satışı təxminən 2 dəfə artıb. Roman ən çox satılan kitablar siyahısında 38-ci yerdən 21-ci yerə yüksəlib.

85 yaşlı Harper Li 1960-cı ildə yazdığı “Lağ edəni öldürmək” romanına görə Amerikanın ən yüksək mükafatlarından olan “Pulitzer”ə layiq görülüb.
Vaxtilə roman əsasında film də çəkilib və Oskar mükafatına layiq görülüb.

Roman 30-cu illər Amerikası haqqındadır və əsas temaları irqi bərabərsizlik və zorlama cinayətləridir.

Əsər həm də yazıçının uşaqlıqda şahidi olduğu hadisələrə əsaslanır. Maarifləndirici xarakter daşıyan roman əksər Amerika məktəblərində tədris edilir.
Amerika prezidenti Corc Buş yazıçı Harper Liyə Prezidentin Azadlıq Medalını təqdim edir. Vaşinqton, 2007

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG