Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:15

Dindən siyasi məqsədlər üçün istifadə edilməsinə yol verilməyəcək


Hidayət Orucov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri

Hidayət Orucov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri

Hidayət Orucov: "Ölkədəki dini-etiqad azadlığından sui-istifadəsinə yol vermək olmaz”


Azərbaycanda dini dözümsüzlüyün səviyyəsini müəyyən etmək üçün qeydiyyatdan keçən və rəsmi fəaliyyət göstərən dini icmaların sayına baxmaq kifayətdir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov belə hesab edir.

Bu gün keçirdiyi toplantıda komitə sədri deyib ki, indiki dövrdə Azərbaycan hökuməti vətəndaşlarının əqidə seçiminə hörmətlə yanaşır. Amma bununla bərabər, dini ekstremizm, dözümsüzlük ideyalarının təbliğinin qarşısını qətiyyətlə alır və bundan sonra da alacaq:

“Dindən siyasi məqsədlər üçün istifadəyə çalışan, insanları radikallığa çağıran qüvvələrin fəaliyyətini genişləndirməsinə, xalqımızın yüzillər boyu formalaşmış dözümlülük ənənələrinə xələl gətirməsinə və ölkədəki dini-etiqad azadlığından sui-istifadəsinə yol vermək olmaz”.

Hazırda Azərbaycanda 559 dini icma qeydiyyatdan keçərək rəsmi fəaliyyət göstərir.
Onlardan 525-i islam, 34-ü qeyri-islam təmayüllü dini icmalardır. Qeyri-islam təmayüllü dini icmaların 23-ü xristianlığı, 7-si yəhudiliyi, 3-ü bəhailiyi, 1-i isə krişna şüurunu təmsil edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG