Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:27

Gəncədə yaşayış binasında yanğın olub


Yanğın binanın dam örtüyündə başlayıb
Yanğın binanın dam örtüyündə başlayıb
İyulun 21-də Gəncənin Nəriman Nərimanov prospekti, 36 ünvanda yerləşən yaşayış binasında yanğın olub.

Yanğın binanın dam örtüyündə başlayıb. Hadisə yerinə 7 yanğınsöndürən maşın cəlb olunsa da, uzun müddət alovu söndürmək mümkün olmayıb.

Gəncə Yanğından Mühafizə İdarəsinin rəisi Təvəkkül Verdiyev AzadlıqRadiosuna deyib ki, binanın damında təmir işləri aparılırmış və yanğının da bundan baş verdiyi ehtimal edilir. O, yanğının mənzillərə keçmədiyini bildirib.

Bir müddət əvvəl Gəncə şəhər İcra Hakimiyyəti rəhbərliyinin göstərişi ilə binanın dam örtüyü yeni üzlüklə əvəz olunmuş, mənzillərin layihədən kənar artırılan hissələri sökülmüşdü.

Hadisə zamanı xəsarət alan olmayıb.
XS
SM
MD
LG