Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:45

«Harvard» professoru Bəxtiyar Hacıyevin həbsindən danışıb


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev
Harvard Universiteti Beynəlxalq İnkişaf Mərkəzinin direktoru və tətbiqi iqtisadi inkişaf professoru Ricardo Hausmann «Amerikanın səsi»nə müsahibəsində deputatlığa keçmiş namizəd, həbsdəki gənc fəal Bəxtiyar Hacıyevin hərbi xidmətdən qanunsuz yayınması ilə bağlı ittihamı şərh edib:

«Bəxtiyar Hacıyevin məhkəmə prosesi və onun hərbi xidmət öhdəliyi haqda konkret detalları bilmirəm. Amma bir çox ölkələrdə demokratiyanı buxovlamaq istəyən hökumətlər siyasi müxalifəti susdurmaq üçün qanunvericilikdən istifadə edirlər. B. Hacıyevin halı da mənə bunu xatırladır. Yəni, sən siyasi rəqibini susdurmaq üçün hüquq sistemində əlinə gələn bütün vasitələrdən istifadə edirsən. Qanunları öz xeyrinə yazmaq və opponentinin bu qanunu pozmasına nail olmaq olduqca asandır. Amma bu yolla demokratik dövləti heç cür idarə etmək olmaz».

Riсardo Hausmann hesab edir ki, Bəxtiyar Hacıyevin həbsi Azərbaycana, özünün bir dövlət olaraq imicinə pis təsir edib. Professor bir il əvvəl Azərbaycana Prezident Forumunda iştiraka dəvət olunduğunu və Azərbaycana gələrsə, Bəxtiyarın həbsi məsələsini rəsmilərlə müzakirə edəcək.

Müəllimi deyib ki, Bəxtiyar Hacıyevin siyasətə qatılıb-qatılmamağı tərəddüdlərinə son qoymaqda yardımçı edib və onu siyasətə qatılmağa həvəsləndirib: «Ölkənin uğurunu müəyyən edən amillərdən biri də siyasətə qatılan adamların nə dərəcədə qabiliyyətli olmasıdır».

Hərbi xidmətdən yayınmaqda ittiham olunan gənc fəal Bəxtiyar Hacıyev Gəncə məhkəməsinin hökmü ilə bu ilin mayında 2 il azadlıqdan məhrum edilib. Müdafiə tərəfi ittihamı qəbul etmir, Bəxtiyar Hacıyevin həbsinin onun siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirir. Bəxtiyar Hacıyev ötən parlament seçkisində namizədliyini də vermişdi.
XS
SM
MD
LG