Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 01:11

"Arsenal"ın nümayəndəsi Bakıya gəlib


İngiltərənin “Arsenal” futbol klubunun nümayəndəsi Azərbaycana gəlib.

Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Arsenalın uşaq yay düşərgələri üzrə koordinatoru Mərdəkandakı “Dalğa Arena” futbol mərkəzi və ordakı çimərlik zonası ilə tanış olub.

Elxan Məmmədov deyib ki, əgər klub AFFA-nın təklifini qəbul etsə biz əməkdaşlığa hazırıq.
XS
SM
MD
LG