Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:09

Dolların Azərbaycandan İrana axını müşahidə olunur


Lənkəran bazarında 100 ABŞ dolları 78.50 manata alınır, 10 qəpik bahasına isə satılır. Qonşu rayonlarda isə qiymət fərqlidir. Astara, Lerik və Yardımlıda 100 dollar 78 manata alınır.

«Qara bazar»da pul dəyişən və adının çəkilməsini istəməyən bir nəfər deyir ki, ABŞ dolları və rus rublu həmişə var. 1000 rus rublu 27.50 manata alınır, 27.60 manata satılır.

ABŞ dollarına və rus rubluna nisbətən avroya maraq azdır. Buna baxmayaraq, avro dəyərində qalır. «Qara bazar»da 100 avro 110 manata alınır və 111 manata satılır.

ABŞ dollarına və Azərbaycan manatına nisbətdə İran valyutası ucuzlaşıb. 10 min İran tümənini 60 qəpiyə alır, 65 qəpiyə satırlar. İran pulu son bir həftədə 40 tümən ucuzlaşıb. Pul dəyişənlər deyir ki, İranda ABŞ dollarına tələbat artıb. Dolların İrana axını müşahidə olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG