Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:38

Təzyiqə məruz qalan jurnalistlərdən bəhs edən «073 saylı reys» təqdim olunub


«Jurnalistikanın İnkişafına Yardım» İctimai Birliyi təzyiqə məruz qalan Azərbaycan jurnalistlərinə həsr olunan «073 saylı reys» filmini təqdim edib.

Marşall Fondunun (ABŞ) maliyyə dəstəyi ilə reallaşan filmdə «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətli, «Bizim yol» qəzetinin baş redaktoru Bahəddin Həziyevin döyülməsi, «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin, «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin həbsi, «Azadlıq» qəzetinin müxbiri Aqil Xəlilin təzyiqlərə məruz qalaraq ölkəni tərk etməsi əks olunub.

Müəllifi Arzu Qazıyeva, rejissoru Rasim Məmmədov olan filmin əsas qəhrəmanı hazırda Fransada mühacir həyatı sürən Aqil Xəlildir.

Filmin internetdə yayılması təklif edilib. /Mediaforum/
XS
SM
MD
LG