Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:58

Turist bələdçiləri üçün treninqlər, İctimai Palatanın bank hesabı və...


Mətbuat icmalı

Mətbuat icmalı

«Azərbaycan» qəzeti Azərbaycanda «2011-Cİ İLİN «TURİZM İLİ» ELAN EDİLMƏSİ İLƏ BAĞLI TƏDBİRLƏR PLANI»nı dərc edib.

Plana əsasən, aztəminatlı ailələrin, dövlət himayəsində olan əlil və kimsəsiz uşaqların Azərbaycanın müxtəlif yerlərinə xüsusi səyahətləri, turist axını çox olan rayonlarda iyul-sentyabr aylarında «Bu Vətən bizimdir» adlı turist düşərgələri təşkil olunacaq. Bakı-Tbilisi-Bakı dəmiryolu marşrutu üzrə ixtisaslaşdırılmış turist qatarları xəttə buraxılacaq.

Planda ölkədə turizmin inkişafı məqsədilə qanunvericiliyə dəyişikliklərin edilməsi də nəzərdə tutulur. Belə ki, turizm məqsədilə Azərbaycana səfər edən şəxslərin sayının artırılması üçün onlara viza verilməsi sadələşdiriləcək. Azərbaycanda turizm sahəsində fəaliyyət göstərən orta və kiçik sahibkarlara güzəştli kreditlər ayrılacaq.

Bundan başqa, beynəlxalq və yerli hava, dəniz və dəmiryol daşımalarında turist qruplarına xüsusi tarif qiymətlərinin tətbiq edilməsi nəzərdə tutulur. Turizm İnstitutunda isə Bakı Turizm Peşə Məktəbi yaradılacaq.

2 APREL MƏHBUSLARINA YARDIM HESABI AKTİVLƏŞİB

2 Aprel Məhbuslarının Müdafiə Komitəsinin rəhbəri Vidadi Mirkamal «Yeni Müsavat» qəzetinə deyib ki, hesaba pulköçürmələr davam edir. Bir müddət öncə «Access Bank»da açılan hesab bank tərəfindən qapadılmışdı. Bank yetkililəri bunu onun fond hesabı olması ilə əlaqələndirmişdilər.

V.Mirkamal bildirir ki, onların nümayəndələri banka gedib hesaba pul köçürmək istədiklərini bildirəndə, bu barədə bank rəhbərliyinə məlumat verilib. Müxtəlif yerlərə zənglər olunub: «Bir xeyli əməliyyatdan sonra pulu köçürüblər».

ƏLİ HƏSƏNOV: «DİFFAMASİYA HAQQINDA» QANUN LAYİHƏSİNİN MÜZAKİRƏSİ GECİKMİR»

«Yeni Azərbaycan» qəzeti Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun 22 iyul Mətbuat Günü ilə əlaqədar müsahibəsini yayıb. Ə.Həsənov bildirib ki, ötən 20 il müddətində Azərbaycan mediası ciddi inkişaf yolu keçib və öz dəsti xəttini qazanıb. O, bir qrup jurnalist üçün tikilən yaşayış binasına da toxunub, deyib ki, yaxınlarda binanın tikintisini aparacaq firma da bəlli olacaq:

«Yəqin 24-26 ay müddətində bina tam istifadəyə veriləcək».

Prezident Administrasiyasının şöbə müdiri «Diffamasiya haqqında» qanun layihəsinin qəbul edilməsinin gecikdirilməsi ilə bağlı xəbərlərə də aydınlıq gətirib:

«Heç nə yubadılmır. Milli Məclisin payız sessiyasında «Diffamasiya haqqında» qanun layihəsinin müzakirəsi keçiriləcək».

Günün bütün mövzuları

XS
SM
MD
LG