Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:23

ABŞ Hadzicin həbsini alqışlayıb


Vaşinqton 90-cı illərdə Balkan müharibəsi zamanı hərbi cinayətlər törətmiş və axtarışda olan adamların Serbiyada həbs olunmalarını alqışlayır.

Ağ Evin nümayəndəsi Jay Carney bildirib ki, Xorvatiya serblərinin lideri Goran Hadzicin həbsini hamı çoxdan gözləyirdi. Serbiya Hərbi Məhkəməsi onun Haaqa tribunalına verilməsi barədə qərar qəbul edib.

52 yaşlı Hadzic Balkan müharibəsində hərbi cinayətlər törətməkdə ittiham olunur. Ondan əvvəl Bosniyadakı keçmiş serb ordusunun komandanı Radko Mladic həbs olunaraq Haaqa məhkəməsinə verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG