Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:34
Prezident İlham Əliyev Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Nazirlər Kabinetinə tapşırılıb ki,

- 15 gün müddətində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin strukturunu və işçilərinin say həddini təsdiq etsin,

- İki ay müddətində qüvvədə olan qanunvericilik aktlarının bu fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin,

- iki ay müddətində Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan prezidentinə məlumat versin.

Nəqliyyat Nazirliyinə isə bir ay müddətində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin nəzarət funksiyalarını yerinə yetirən müfəttişlərinin xüsusi geyim formasının, fərqləndirmə nişanlarının təsvirini və onların daşınması qaydasını təsdiq etmək tapşırılıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG