Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:19

ABŞ və Fransa səfirlərinin Dəməşqdən icazəsiz çıxmalarına qadağa qoyulub


Suriya hakimiyyəti ABŞ və Fransa səfirlərinin icazəsiz Dəməşqdən çıxmalarına qadağa qoyub.

Suriyanın xarici işlər naziri Valid al Moallem bildirib ki, əgər onlar qadağanı pozsalar, onda bu bütün diplomatlara şamil ediləcək.

ABŞ və Fransa səfirləri iki həftə bundan əvvəl kütləvi etiraz nümayişləri keçirilən
Suriyanın Hama şəhərinə baş çəkiblər.

Yerli hüquq müdafiəçiləri paytaxt Dəməşq və onun ətrafında kütləvi həbslər aparıldığını deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG