Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:23
İranın yerli polis rəisi deyir ki, Kaşmar şəhəri yaxınlığında qadını zorlamaqda ittiham olunan 13 nəfərdən yalnız biri cinayətini etiraf edib.

Xorasan əyalətinin polis rəisi Bəhmən Əmiri-Moqadamın dediyinə görə, bu işdə qeyri-müəyyənlik var. O bir fakta diqqət çəkir: «bu haqda məlumat verən adamın özünün də problemi varmış».

Verilən məlumatlara görə, aprelin axırlarında ondan artıq kişi Kaşmar yaxınlığındakı kənddən işdən qayıdan bir qadını zorlayıblar.

İran İnqilab Keşikçiləri Korpusunun Kaşmarda məhkəmə nəzarətçisi Mustafa Güreyşi Yəzdi deyir ki, zorlama haqda şəhər prokuroruna məlumat verib. Amma ona deyiblər ki, iddia olunan zorlamanın qurbanı şikayət etməyənə qədər bu iş araşdırıla bilməz.

Bu işi araşdırmaqda davam edən Gureyşi Yəzdi həbs olunsa da, sonra girov müqabilində azadlığa buraxılıb. Onun sözlərinə görə, bu işdə çoxsaylı şübhəlilər var. Onlar hadisədən az sonra həbs edilsələr də, qurban – zorlanmış qadın xəstəxanada olub və şikayət edə bilməyib deyə sərbəst buraxılıblar.

Norveçdə olan vəkil Mahnaz Parakan isə iyulun 18-də AzadlıqRadiosuna danışıb. O deyib ki, müttəhimlərdən biri cinayətini etiraf edibsə, hadisə ilə bağlı məlumat verən şəxsin probleminin olub-olmamasının dəxli yoxdur.

Parakan əlavə edib ki, İslam qanunlarına görə, zorlama kimi hallarda iddia sürülməsi tələb olunmur. Onun fikrincə, prokuror işi araşdırmağa borcludur və zorlama haqda məlumat alan kimi təqsirləndirənlərlə bağlı özü iddia qaldırmalıdır.

Son aylarda İran əyalətlərində qrup halında zorlama ilə bağlı üç məlumat üzə çıxıb.

İyunun sonlarında İranda polis rəisi İsmayıl Əhmədi Moqadam ölkə mediasını bu məsələləri geniş işıqlandırdıqları üçün tənqid edib. Onun fikrincə, bu cəmiyyətdə etimadsızlıq yarada bilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG