Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:48

Pakistanın xarici işlər naziri ilk dəfə qadın oldu


Pakistanda ilk dəfə xarici işlər naziri vəzifəsinə qadın təyin edilib. Xarici işlər nazirliyindən verilən məlumata görə, Hina Rabbani Khar həm də Pakistan tarixində ən gənc xarici işlər naziridir. 34 yaşlı Nia Rabbani Khar xarici işlər nazirinin müavini işləyib. Onun yeni postu fevral ayından bəri boş qalmışdı. Keçmiş nazir fevralda kabinetdə yerdəyişmə zamanı postunu tərk etmişdi.
XS
SM
MD
LG