Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:20

Çinin Sincan regionunda 14 adam öldürülüb


Çinin dövlət mediası məlumat verir ki, bu həftənin əvvəli ölkənin uzaq qərbində yerləşən və narahat bölgə sayılan Sincanda polis bölməsinə hücum zamanı 14 üsyançı öldürülüb.

Xinhua Xəbərlər Agentliyinin məlumatına görə, Sincan regionunda 20-40 yaşlarında adamlar "Allah təkdir" qışqıraraq polis bölməsinə hücum ediblər və girovlar götürüblər.
Bu, ölənlərin siyahısı ilə bağlı ilk rəsmi açıqlamadır. Bundan əbbəl media orqanları bir
neçə adamın öldürüldüyünü yazırdı.

Sincanda əyalətində illərdir ki, etnik han çinliləri və yerli uyğur əhali arasında qarşıdurmalar baş verir. Çin hökuməti deyir ki, təkcə 2009-cu ildə regionda etnik zəmindəki qarşıdurmalarda 200 nəfər həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG