Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:49

Kənd Təsərrüfatı nazirliyi: “Qıtlıq yoxdursa, ət məhsullarının qiymətinin artması sünidir”


Azərbaycanda ət məhsullarının qiymətinin artması süni xarakter daşıyır və iqtisadi amillərlə əlaqədar deyil.

Bu barədə «APA»ya Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlıq şöbəsinin müdiri Çingiz Fərəcov bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda 2 mln. 600 mindən artıq mal-qara var: «O qədər də böyük olmayan ölkədə 2,6 mln. baş mal-qara varsa, burda hansı qıtlıqdan söhbət gedə bilər».

Ç.Fərəcov qeyd edib ki, həm Bakıda, həm də ölkənin regionlarında ət qıtlığı hiss olunmur: «İndi dükan-bazarda istənilən qədər ət satılır. İstədiyimiz vaxt istədiyimiz qədər ət ala biliriksə, hansı qıtlıqdan danışmaq olar?»

Nazirlik rəsmisi bildirib ki, ölkədə ətin qiymətinin artması ilə bağlı vəziyyət bir neçə gün əvvəl bu sahə ilə məşğul olan dövlət orqanlarının birgə toplantısında da müzakirə olunub: “Ətin qiymətinin birdən-birə kəskin qalxması artımın süni olduğunu göstərir. Məncə, müvafiq qurumlar bu məsələni araşdırmalıdırlar”.

Günün bütün mövzuları

XS
SM
MD
LG