Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:27

Suriya hərbçiləri dəfn mərasiminə gələnlərə atəş açıblar


Suriyanın Homs şəhərində təhlükəsizlik qüvvələri və polislər tərəfindən 16 adamın öldürüldüyü bildirilir. Fəallar bildirirlər ki, 10 nəfər iyulun 19-da keçirilən dəfn mərasiminin iştirakçısı olub. Atəş də dəfn mərasimi zamanı açılıb.

Bununla da Homsda öldürülənlərin sayı 33 nəfərə çatıb. İki ay əvvəl Homsa qoşun və tanklar girib əsas meydanı tutub. Burda camaat siyasi islahatlar tələbi ilə aksiya keçirirdi.

Homs paytaxt Dəməşqdən 165 km şimalda yerləşir.

Günün bütün mövzuları

XS
SM
MD
LG