Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:53

Taliban ali lider Molla Ömərin ölmədiyini deyir


Taliban onların ali lideri Molla Ömərin ölməsi ilə bağlı məlumatları inkar edir. Talibandan bildirilib ki, onların telefon danışığı dinlənildiyi üçün yalan mesajlar ötürülüb.

Talibanın sözçülərindən biri Zabiullah Mujahid Amerika kəşfiyyatını yalan məlumat yaymaqda ittiham etdi və onları intiqamla hədələdi.

Bu mesajlar Talibanın sözçüləri Müjahid və Mohammad Qari Yousunun əvvəllər istifadə etdiyi telefon nömrələrindən gəlib. Mesajlarda "Ali lider Molla Məhəmməd Ömər Mücahid öldü", "Allah rəhmət eləsin" sözləri yazılıbmış.
XS
SM
MD
LG