Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:09

Bakıda binada uçqun olub


Bakıda yaşayış binasında uçqun olub. Bu barədə APA-ya Səbail Rayon Polis İdarəsindən bildirilib.

Hadisə bu gün axşam Bayıl qəsəbəsində Aqil Quliyev küçəsindəki yaşayış binasında baş verib.
Binanın təmir işləri aparılan blokunda uçqun olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb ediliblər.

Uçqunda bir nəfər ölüb. Dağıntılar altında başqa kiminsə qalıb-qalmadığı məlum deyil. Hazırda ərazidə axtarışlar davam etdirilir.
Polis İdarəsindən, həmçinin bildirilib ki, hadisə baş verən bina qəzalı vəziyyətdə olub
XS
SM
MD
LG