Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:45

Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə və müəssisələrdə işlənən maşınların sayına və onlara verilən yanacağa məhdudiyyətlər müəyyən edilib. Nazirlər Kabinetinin iyulun 18-də qəbul etdiyi qərara görə ən çox xidməti maşın Maliyyə və Vergilər Nazirliklərinə verilir. Bu nazirliklərin hər birinin 83 maşını ola bilər. Sahibkarlığa Kömək Milli Fondu, Dövlət Bayrağı Meydanı İdarəsi, bir neçə rayonun məhkəmələri isə iki maşına sahib ola bilərlər.

Hökumətin qərarında Prezident Administrasiyasının və hərbi qurumlar, milli təhlükəsizlik, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələrinin maşınlarından söhbət getmir. Qalan bütün mülki idarəetmə orqanlarına 1173 maşın limiti qoyulur. Müxtəlif hökumət qurumları üzrə maşınların sayı aşağıdakı kimi təsdiq edilib:

(ədəd)
Orqanın adı Avtomobillərin say həddi (limiti)
cəmi o cümlədən
aparat üzrə Yanında olan orqanlar üzrə ərazi və yerli bölmə­lər üzrə
1. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 24 24
2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi 22 12 10
3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi 70 5 65
4. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 8 5 3
5. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi 71 6 65
6. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 4 4
7. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi 18 10 8
8. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 4 4
9. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 83 17 66
10. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 36 8 9 19
11. Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi 30 8 4 18
12. Azərbaycan Respublikasının Vergilər Nazirliyi 83 15 3 65
13. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi 81 5 76
14. Azərbaycan Respublikasının Nəqliy-yat Nazirliyi 7 7
15. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 5 5
16. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi 81 5 76
17. Azərbaycan Respublikasının Qaçqın-ların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 7 4 3
18. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 4 4
19. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi 69 4 65
20. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi 6 6
21. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 12 3 9
22. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi 25 6 1 18
23. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi 3 3
24. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 21 6 1 14
25. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 17 17
26. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 3 3
27. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası 4 4
28. Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 7 3 4
29. Azərbaycan Respublikasının Satın-almalar üzrə Dövlət Agentliyi 2 2
30. Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi 2 2
31. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 3
32. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti 3 3
33. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti 2 2
34. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi 2 2
35. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti 13 5 8
36. Azərbaycan Respublikasının Sahib-karlığa Kömək Milli Fondu 2 2
37. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 18 3 15
38. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi 3 3
39. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi 15 3 12
40. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti 3 3
41. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti 6 3 3
42. Azərbaycan Respublikasının Nəqliy-yat Nazirliyi yanında Avtomobil Nəqliyyatı Xidməti 17 3 14
43. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti 80 4 76
44. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti 77 2 75
45. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 26 4 22
46. Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi 2 2
47. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi 2 2
48. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İcərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 3 3
49. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi 2 2
50. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi 2 2
51. Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası 3 3
52. Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası 3 3
53. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi 3 3
54. Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası 4 4
55. Azərbaycan Respublikasının Konsti-tusiya Məhkəməsi 16 16
56. Azərbaycan Respublikasının Ali Məhkəməsi 11 11
57. Bakı Apellyasiya Məhkəməsi 6 6
58. Şəki Apellyasiya Məhkəməsi 2 2
59. Sumqayıt Apellyasiya Məhkəməsi 2 2
60. Gəncə Apellyasiya Məhkəməsi 2 2
61. Şirvan Apellyasiya Məhkəməsi 2 2
62. Bakı Ağır Cinayətlər Məhkəməsi 2 2
63. Lənkəran Ağır Cinayətlər Məhkəməsi 2 2
64. Gəncə Ağır Cinayətlər Məhkəməsi 2 2
65. Şəki Ağır Cinayətlər Məhkəməsi 2 2
66. Azərbaycan Respublikasının inzibati-iqtisadi məhkəmələri 10 10
67. Azərbaycan Respublikasının hərbi məhkəmələri 11 11
CƏMİ 1173 346 21 806


Rayon (şəhər) icra hakimiyyəti başçısı, onun müavinləri, şəhər üzrə nümayəndəsi, qəsəbə və kənd nümayəndələri (əhalisinin sayı 10 min nəfərdən artıq olan), rayon (şəhər) məhkəmələrinin hər biri üçün xidməti minik avtomobillərinin say həddi bir ədəd, Bakı, Gəncə və Sumqayıt şəhər məhkəmələrinin hər biri üçün isə iki ədəd olmaqla müəyyən edilir.

Dövlət orqanlarında xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin icarəyə götürülməsinə (beynəlxalq və respublika əhəmiyyətli tədbirlərin həyata keçirilməsi vaxtı istisna olmaqla) yol verilmir.

Hökumət dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatlarda nəqliyyat vasitələri üçün aylıq yürüş həddi və istismar xərclərinin normalarını da müəyyən edib. Qərara görə yuxarıda göstərilən qurumların maşınlarının aylıq yürüş həddi aşağıdakı kimidir:

Sıra
№ -si
Avtomobillərin növləri Aylıq yürüş
həddi (km)
1. Xidməti minik avtomobilləri 2000
2. Yük avtomobilləri 1500
3. Avtobuslar 1500
4. Xüsusi təyinatlı avtonəqliyyat vasitələri (təcili tibbi yardım və yanğınsöndürən avtomobillərdən başqa) 1500
5. Motosiklet və motorollerlər 500
6. Qonaqlara xidmət edən minik avtomobilləri 1000

Hökumətin bu qərarında icra orqanları üçün dövlət büdcəsinin pulu ilə alınan maşınların qiymətləri barədə heç bir qayda göstərilmir.
XS
SM
MD
LG