Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:39

Cabbar Savalanlının məhkəməsində əməliyyatçı dindirilib


Cabbar Savalanlı
Cabbar Savalanlı
İyulun 19-da Sumqayıt Apellyasiya Məhkəməsində AXCP Gənclər Təşkilatının üzvü gənc fəal Cabbar Savalanlının məhkəməsi davam edib. Məhkəmə iclasına hakim Lətifə Məmmədovanın sədrlik edir.

Məhkəmə iclasında Cabbar Savalanlının tutulmasına rəhbərlik etmiş Sumqayıt şəhər Polis İdarəsinin cinayət axtarış şöbəsinin baş əməliyyat müvəkkili Faiq Mirzəyev dindirilib. Vəkillər Savalanlının tutulmasında iştirak etmiş hal şahidlərinin eyni gündə başqa şəxslərlə bağlı saxlanma əməliyyatlarında da hal şahidi kimi iştirak etdiklərini iddia edirlər. Onlar hesab edirlər ki, hal şahidləri polislə əlbirdirlər və polis əksər əməliyyatlarda həmin hal şahidlərindən istifadə edir. Əməliyyat müvəkkili ifadəsində göstərib ki, onlara Cabbar Savalanlıda narkotik maddə olması barədə məlumat daxil olub. Onlar da Savalanlının üstünə baxış keçirmək üçün onu yaşadığı evin yaxınlığında saxlayıblar. Cabbar Savalanlı evinə yaxın ərazidə üstünə baxış keçirilməsinə etiraz edib. Buna görə də onu Sumqayıt şəhər Polis İdarəsinə aparıblar.

Faiq Mirzəyev ifadə verərkən Cabbar Savalanlı deyib ki, polis idarəsində həmin əməliyyatçı tərəfindən hədələnib. Savalanlının sözlərinə görə, əməliyyatçı ona anasını və qardaşını düşünməyi məsləhət görüb.

Əməliyyatçı isə məhkəməyə bunu təkzib edib.

Sonra Cabbar Savalanlının vəkilləri Anar QasımovƏsabəli Mustafayev əməliyyatçıdan Cabbar Savalanlıda narkotik maddə olması barədə məlumatları haradan aldıqlarını soruşublar. Əməliyyatçı deyib ki, bu, məxfi məlumatdır və mənbəni açıqlamaqdan imtina edib.

Sonra vəkillər hal şahidi kimi işə cəlb edilmiş Rəhim Şıxəliyevin məhkəmədə ifadə verməsi barədə vəsatət qaldırıblar.

Hakim vəsatəti təmin edib. Növbəti məhkəmə iclası iyulun 21-i saat 15:00-a təyin olunub.
XS
SM
MD
LG