Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:03


Qızılın qiyməti rekord səviyyəyə çatıb, unsiyası artıq 1600 dollar civarındadır. Bu, Avropada və Amerikada maliyyə böhranının dərinləşəcəyi, dollar və avronun dəyərdən düşəcəyi ilə bağlı qlobal narahatlığa işarədir.

Televiziyada istənilən biznes proqramına baxsan, hər birinin əsas mövzusunun qızılla bağlı olduğunu görmək olar:

- Qızıl bu gün daha 12 dollar bahalandı, 1600 dolları vurub keçdi. Hələ rekordun təzələnəcəyini ehtimal etmək olar. Bu, çox heyrətamizdir. Bu nədir belə? Qızılın rekordunu qaldıran nədir?

Baxmayaraq ki, qızılın qiyməti qalxır, amma o, hələ 1980-ci ildəki rekord həddə çatmayıb. O vaxt qızılın unsiyası 850 dollara, valyutanın indiki alıcılıq qabiliyyəti ilə 2500 dollara olub.

QIZILI QIZIL EDƏN NƏDİR?

Qızıl keçən onillik boyunca dünyanın ən önəm verilən malı olub, amma bu günkü dalğanın coşmasına iki amil səbəb olub: birincisi ABŞ-ın demokratlar və respublikaçıların maliyyə məsələləri ilə bağlı danışıqları çıxılmaz vəziyyət yaradıb, avqustun 2-də ən pis ssenari baş verə bilər: hökumət müflis ola bilər.

İkincisi, Avropa liderləri Yunanıstanda və digər avrozona ölkələri İtaliya, İspaniya və İrlandiyada borc böhranını aradan qaldırmaq üçün mübarizə aparırlar.

Avropa Birliyi liderləri iyulun 21-də Yunanıstana ikinci mərhələdə borc ayrılmasına sərəncam vermək üçün toplaşacaq.

Hər iki vəziyyət sərmayəçiləri narahat edir ki, dünyanın hər iki güclü valyutası - dollar və avro öz dəyərini itirə bilər və ona görə də qızıla diqqətləri artıb.

Başqa qiymətli metalların qiyməti də qalxıb. İyulun 18-də Nyu-Yorkda gümüş 40.52 dollara satılıb, bu, onun may ayından bəri ən yüksək qiymətidir.

PROQNOZLAR

Gələcəyə gəldikdə, ekspertlərin baxışı fərqlənir.
Əksəriyyətin fikrincə, qızılın bahalaşması qısa zaman kəsiyində, Vaşinqtonda və Brüsseldə maliyyə və siyasi dartışmaların fövqündə davam edə bilər, ola bilsin, hətta qızılın unsiyası 1700 dollara çatsın.

Amma bu məsələlərdə razılaşmalar sonrakı müddət üçün qızılın qiymətində köpüyü dağıda və investorları itkiyə məruz qoya bilər.
Analitiklər qeyd edir ki, ABŞ Xəzinə istiqrazları uğur qazanır və bu işarə edir ki, investorlar ABŞ-ın büdcə ilə bağlı yaranmış problemi həll edəcəyinə əminliklərini saxlayıblar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG